AZ

Mourinyo "Fənərbağça"dan qovuldu

"Fənərbağça"nın baş məşqçisi Jose Mourinyo istefaya göndərilib.
Bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.
"2024-2025 mövsümündən klubumuzun baş məşqçisi olan Joze Mourinyo ilə yollarımızı ayırdıq", - deyə açıqlamada qeyd olunur.
Qeyd edək ki, Mourinyonun rəhbərliyi altında "sarı-lacivərdlilər" 62 rəsmi matça çıxıb. Mourinyo bu görüşlərdə 37 qələbə, 14 heç-heçə və 11 məğlubiyyətlə yadda qalıb.

Seçilən
32
27
onn.az

10Mənbələr