AZ

Rusiya-Azərbaycan gərginliyi ilə bağlı ŞƏT-dən açıqlama

“Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəal tərəfdaşlarıdır”.

"Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, bunu ŞƏT baş katibi Nurlan Yermekbayev Rusiya KİV-ə müsahibəsində deyib.

Qurum rəhbəri Azərbaycan və Ermənistanın ŞƏT-ə üzv olmaq üçün müraciəti ilə bağlı suala cavab olaraq qeyd edib: “Yeni üzvlərin qəbulu ilə bağlı qərar ŞƏT-in Nizamnaməsi və beynəlxalq müqavilələrin prinsipləri əsasında konsensusla qəbul olunur. Müraciətlər müzakirə olunur, amma proqnoz vermək düzgün deyil”.

“Rusiya ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin gərginliyi onların üzvlüyünə mane ola bilərmi” sualına Yermekbayev belə cavab verib:

“Mənim ikitərəfli münasibətləri şərh etmək səlahiyyətim yoxdur, Ermənistan və Azərbaycan ŞƏT-in fəal tərəfdaşıdır və birgə tədbirlərdə iştirak edirlər”.

O vurğulayıb ki, ŞƏT fikir ayrılıqlarının sülh yolu ilə həlli prinsipinə sadiqdir və təşkilatın iclaslarında ikitərəfli mübahisələr müzakirə olunmur və bu, 2024-cü il Astana sammitinin bəyanatı ilə təsdiqlənib.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti avqustun 31-dən sentyabrın 1-dək Çinin Tianjin şəhərində keçiriləcək. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, 26 ölkənin liderləri iştirak edəcək.

Seçilən
122
41
bakuinfo.net

10Mənbələr