BAKI, 30 avqust. TELEQRAF
“Əl-Nəsr”in 40 yaşlı forvardı və kapitanı Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının ilk turunun “Əl-Taavun”la səfər görüşündə karyerasında 940-cı qolunu vurub.
Teleqraf xəbər verir ki, ulduz futbolçu 54-cü dəqiqədə 11 metrlik zərbəni qola çevirib. Qarşılaşma Ronaldunun klubunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Məşhur futbolçu karyerası ərzində klub səviyyəsində 802, Portuqaliya millisində isə 138 qol vurub.
Qeyd edək ki, portuqaliyalı futbolçunun “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.