Rusiyanın Volqoqrad şəhərində bazarda böyük yanğın baş verib.
Bakues.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, yanğının sahəsi artıq 3 min kv.m-ə çatıb. Ticarət pavilyonları yanır.
“Sıx tikililər yanğının söndürülməsini çətinləşdirir. Fasiləsiz su təchizatı təşkil edilib”, – məlumatda bildirilib.
Yanğının söndürülməsinə 100-dən çox insan və 41 texnika cəlb olunub.