AZ

Bundesliqa: “Bayer Leverkuzen” qələbəni son dəqiqədə əldən verib

Berlin, 30 avqust, AZƏRTAC

Bundesliqanın yeni mövsümünün açılış turunda məğlub olan “Bayer Leverkuzen” ikinci turda da xal itirib.

AZƏRTAC xəbər verir ki, leverkuzenlilər ikinci turda səfərdə “Verder Bremen” ilə qarşılaşmada qələbəni son dəqiqədə buraxdığı qolla əldən verib – 3:3.

Çempionatın builki mövsümünün açılış matçında “Bavariya”ya 0:6 hesabı ilə uduzan “Leyptsiq” bu turda ev oyununda “Haydenhaym”ın qapısından iki cavabsız top keçirib – 2:0.

“Ayntraxt Frankfurt” səfərdə “Hoffenhaym”ı 3:1, “Ştutqart” isə doğma divarlar arasında “Mönxenqladbax”ı 1:0 hesabı ilə məğlub edib.

Günün sonuncu matçında “Bavariya” səfərdə “Auqsburq”un qonağı olacaq.

Tura avqustun 31-də keçiriləcək “Volfsburq” - Maynts 05”, “Borussiya Dortmund” - “Union Berlin” və “Köln” - “Frayburq” görüşləri ilə yekun vurulacaq.

Qeyd edək ki, Bundesliqanın ikinci turunun açılış matçında “Hamburq” öz meydanında “St Pauli”yə 0:2 hesabı ilə uduzub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
44
2
azertag.az

3Mənbələr