BAKI, 31 avqust. TELEQRAF
Bazar günü Belarusda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ( KTMT ) çərçivəsində bir sıra təlimlərə start veriləcək.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Təlimlər Vitebsk vilayətində keçiriləcək, manevrlər sentyabrın 6-dək davam edəcək.
KTMT-nin Birləşmiş Qərargah rəisi Andrey Serdyukov məlumat verib ki, Kollektiv Çevik Hərəkət Qüvvələri (CRRF) ilə birgə “Qarşılıqlı fəaliyyət-2025” döyüş hazırlığı təlimi keçiriləcək.
Qeyd edək ki, avqustun əvvəlində Belarus prezidenti Aleksandr Lukaşenko Qərbin Baltikyanı və Polşanı ələ keçirməyə hazırlaşdığına dair iddialar fonunda hərbi təlimlərin keçirilməsinə dair qərar qəbul edib.