AZ

Prezident İlham Əliyev Çinin aparıcı şirkətlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək - Hikmət Hacıyev

Tiencin. Trend:

Prezident İlham Əliyev Çinin aparıcı şirkətlərinin nümayəndələriilə bir sıra görüşlər keçirəcək.

Trend xəbər verirki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi -Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsininmüdiri Hikmət Hacıyev Çinin Tiencin şəhərində jurnalistlərəaçıqlamasında deyib.

"Əməkdaşlığımızın siyasi xarakteri həm iqtisadi, həm ticarətəlaqələrində, həm də nəqliyyat əlaqələrinin inkişafı və texnolojitərəfdaşlığın gücləndirilməsi təşəbbüslərində öz əksini tapır.Prezident İlham Əliyev bu gün Çinin müxtəlif sahələrdə - enerji vəbərpa olunan enerjidən tutmuş texnologiya, rabitə və digər sənayesahələrində fəaliyyət göstərən aparıcı şirkətlərinin rəhbərləri iləgörüşəcək. Əminik ki, bu səfər Azərbaycan-Çin iqtisadi-ticarətəlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə olacaqdır", - deyəH.Hacıyev qeyd edib.

O əlavə edib ki, bu il Azərbaycan və Çin arasında ikitərəfliticarət dövriyyəsi artıq 40 faizdən çox artıb.

"Biz hesab edirik ki, bu hələ son deyil və tərəfdaşlığımızındaha da genişlənəcəyini gözləyirik. Bu gün Azərbaycan və Çinarasında əməkdaşlıq rəqəmsal transformasiya, süni intellekt, bərpaolunan enerji mənbələri və digər perspektivli sahələri əhatə edəngeniş sahələri əhatə edir", - deyə Prezident köməkçisivurğulayıb.

Seçilən
87
9
az.trend.az

10Mənbələr