AZ

Cəlilabadda avtomobillər toqquşub - ölən və yaralananlar var

Cəlilabad rayonunda ağır yol qəzası baş verib. 

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. 

"Opel" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ"ın sərnişini - 2023-cü il təvəllüdlü N. Vahibzadə ölüb, 2 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. 

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
71
8
olke.az

10Mənbələr