"Fənərbağça" rəhbərliyi hazırda iki transfer üçün danışıqlar aparır.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" həm Marko Asensionu, həm də Edersonu heyətinə cəlb etmək istəyir.
Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Çempionlar Liqasında mübarizəni dayandıran "Fənərbağça" ötən günlərdə baş məşqçisi Joze Mourinyo ilə də yollarını ayırıb. Onlar bu mövsüm mütləq Türkiyə Super Liqasında çempionluğu hədəfləyir.