AZ

“Bu haqda nəsə deyə bilməyəcəm” Ohori

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ötən qış Samir Abasovun “Neftçi”yə transfer etdiyi Rinosuke Ohori birillik icarə əsasında “Kəpəz”ə keçib. Yaponiyalı futbolçu “Zirə” önündəki darmadağından sonra “Football-plus.az”ın bir neçə sualını cavablayıb.- Oyun haqda nə düşünürsən?- Çox çətin oyun idi. Bəzən belə hallar olur. Biz əlimizdən gələni edəcək, vəziyyəti düzəldəcəyik.- Qarşıdakı mövsümdə “Neftçi”yə qayıtmağı üstün tutacaqsan, yoxsa “Kəpəz”də qalmağı?- Bu haqda nəsə deyə bilməyəcəm.- Çempionatda qarşıdakı oyunlar haqda nə deyə bilərsən?- Addım-addım çalışacaq, güclənəcəyik. Qarşıdakı oyuna hazırlaşmalıyıq.- “Kəpəz”in hədəfi elitada qalmaqdı?- Əlbəttə.MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
icma.az

2Mənbələr