Si Tsinpin: Çin bu il üzv dövlətlərə 2 milyard yuan pulsuz yardım göstərəcək...
Poliqon xəbər verir ki, Çin Xalq Respublikasının sədri Szi Tsinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısında çıxış edərək, təşkilatın ehtiyacı olan ölkələrində vəziyyəti yaxşılaşdırmaq üçün 100 kiçik layihənin həyata keçiriləcəyini bildirib.
“Çin, ehtiyacı olan üzv dövlətlərdə 100 kiçik, lakin effektiv rifah layihəsi həyata keçirməyi, üzv dövlətlərə bu il 2 milyard yuan (təxminən 280 milyon ABŞ dolları) dəyərində pulsuz yardım göstərməyi planlaşdırır”, deyə 20-dən çox ölkə rəhbərinin iştirakı ilə 1 sentyabrda Tyantszində keçirilən görüşdə danışan Si Tsinpin bildiririb.
Sammitin gündəliyində 2024-2025-ci illərdində ŞƏT-in işinin yekunlaşdırılması, təşkilatın birləşməsinin gücləndirilməsi və siyasət, iqtisadiyyat, humanitar sahə və beynəlxalq təhlükəsizlikdə əməkdaşlığın təşviqi məsələləri durur. Müxtəlif mövzular üzrə fikir mübadiləsi də gözlənilir və Dövlət Başçıları Şurasının Tyantszin Bəyannaməsi də daxil olmaqla təxminən 20 sənədin imzalanacağı gözlənilir.
Poliqon.info