Çin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin banklarına qarşıdakı üç il ərzində ümumi məbləği 10 milyard yuan (təxminən 1,4 milyard dollar) məbləğində kredit xətti verməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu sözləri Çin Prezidenti Si Cinpin ŞƏT-in Tiencin sammitində çıxışı zamanı deyib.
Çin lideri ölkəsinin konkret tədbirlərlə ŞƏT-in inkişafında fəal iştiraka sadiqliyini vurğulayıb. Belə ki, bu il Çin ŞƏT-ə üzv dövlətlərə 2 milyard yuan (təxminən 280 milyon dollar) məbləğində təmənnasız yardım ayıracaq.
Beləliklə, Çin öz tərəfdaşlarına maliyyə dəstəyi verməklə ŞƏT çərçivəsində daha güclü iqtisadi əməkdaşlığı təşviq etmək niyyətindədir.