AZ

“Liverpul”dan rekord transfer

“Liverpul” hücumçu Aleksandr İsak üçün “Nyukasl”la razılığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, mersisaydlılar 25 yaşlı isveçli üçün 125 milyon funt-sterlinq sabit qonorar ödəyəcək. Müqaviləyə bonuslar da daxildir.

İsak yeni klubu ilə 6 illik müqavilə imzalayacaq. Forvardın bu gün tibbi müayinədən keçməsi gözlənilir.

Xatırladaq ki, bu transfer Premyer Liqada rekorddur. Daha öncə “Benfika”nın yarımmüdafiəçisi Enzo Fernandes 106,8 milyon funta “Çelsi”yə keçmişdi.

Seçilən
39
1
idmanxeber.az

2Mənbələr