Çin lideri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində bildirib ki, Pekin İnkişaf Bankının yaradılmasını sürətləndirəcək.
Operativ Media xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
O qeyd edib ki, getdikcə mürəkkəbləşən qlobal vəziyyət şəraitində ŞƏT-ə üzv dövlətlər getdikcə daha çox təhlükəsizlik və inkişaf üçün məsuliyyətlə üzləşirlər. Si Cinpin qarşıdakı üç il ərzində ŞƏT üzvlərinə ümumi məbləği 1,4 milyard dollar olan kreditlər ayıracağına söz verib.
Çin lideri İnkişaf Bankının yaradılmasına və kreditlərin verilməsinə diqqət yetirməklə təşkilatın təsir və rolunu genişləndirməyə çalışır.