AZ

Rövşənlə başladı, Edqarla çatdı

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 400-cü səfər qoluna imza atıb

Publika.az xəbər verir ki, yubiley qolunun müəllifi Edqar Adilxanov olub. Bu barədə PFL məlumat yayıb.

O, Azərbaycan Premyer Liqasının 3-cü turunun “Sumqayıt”la görüşündə (1:1) fərqlənib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında da çıxış edən klubun 400-cü qolu 348-ci səfərə təsadüf edib.

“Şamaxı” bu göstəricidə 3-cü komandadır. Yalnız “Qarabağ”la “Neftçi” rəqib meydanlarında daha çox fərqlənib.

Seçilən
52
publika.az

1Mənbələr