Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) beynəlxalq idarəetmə sisteminin formalaşmasında müsbət qüvvə kimi çıxış edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Çin Xalq Respublikasının sədri Si Cinpin səsləndirib.
Dövlət başçısı Tyantszində keçirilən “ŞƏT+” sammitində çıxışı zamanı bildirib ki, təşkilat qlobal idarəetmənin qurulması və islahatında getdikcə daha təsirli aktora çevrilir.
Onun sözlərinə görə, ŞƏT bu istiqamətdə yeni konsepsiyalar təklif edir və onları həyata keçirir.