Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar vəqeyri-banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulmuşkreditlərin həcmi 1,598 milyard manata çatıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldəedib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 55,7 milyon manatvə ya 3,4% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 130 milyonmanat və ya 8,8% çoxdur.
Qeyd edək ki, ümumilikdə, hesabat dövründə Azərbaycanda realsektora kredit qoyuluşu üzrə kredit portfeli 30,258 milyard manattəşkil edib.
Bu da aylıq müqayisədə 26,1 milyon manat və ya 0,1%, 2024-cüilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3 milyard manatvə ya 11% artım deməkdir.