AZ

Krivotsyuk 90+8 ci dəqiqədə qələbə qolunu vurdu

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

Cənubi Koreya çempionatında 28-ci turun oyunları keçirilib.

QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" öz meydanında "Ximçxon Sanmu" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı futbolçu matça start heyətində başlayıb və sona qədər meydanda olub. O, görüşün 90+8-ci dəqiqəsində komandasına qələbə gətirən vacib qolu vurub.

Qeyd edək ki, "Daejeon" 45 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Ximçxon Sanmu" isə 46 xalla 2-cidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
2
qol.az

3Mənbələr