Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.
Cənubi Koreya çempionatında 28-ci turun oyunları keçirilib.
QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" öz meydanında "Ximçxon Sanmu" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı futbolçu matça start heyətində başlayıb və sona qədər meydanda olub. O, görüşün 90+8-ci dəqiqəsində komandasına qələbə gətirən vacib qolu vurub.
Qeyd edək ki, "Daejeon" 45 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Ximçxon Sanmu" isə 46 xalla 2-cidir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.