AZ

Hindistanın bəzi ştatlarında məktəblər bağlı saxlanılır

Hindistanın bir sıra ştatlarında davam edən güclü yağışlar səbəbindən təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.

AzEdu.az xarici KİV-ə istinadla xəbər verir ki, Uttarakhand, Jammu & Kashmir və Kerala ştatlarında 1 sentyabr tarixində məktəblər fəaliyyət göstərməyəcək. Punjab ştatında isə tədris prosesinin dayandırılması 3 sentyabra qədər uzadılıb.

Məlumatlara görə, bəzi bölgələrdə məktəblərin bağlanmasına həm güclü yağışlar, həm də Onam festivalı təsir edib.

Seçilən
40
azedu.az

1Mənbələr