AZ

Bizimkilərin mövqeyi necədir?

Azərbaycan təmsilçilərinin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yenilənmiş reytinq cədvəlindəki mövqeləri bəlli olub.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov (2741) 16-cı pilləyə geriləyib.

Teymur Rəcəbov (2692) 38-ci, Rauf Məmmədov (2651) 70-ci, Eltac Səfərli (2630) 99-cu olub.

Kişi şahmatçıların siyahısına norveçli Maqnus Karlsen (2839) başçılıq edir.

Qadın şahmatçlardan Günay Məmmədzadə (2390) 51-ci, Ülviyyə Fətəliyeva (2385) 58-ci, Gövhər Beydullayeva (2368) 72-cidir. Gülnar Məmmədova (2323) bu dəfə ilk "100-lük"dən kənarda qalıb.

Qadınlarda çinli Yifan Hou (2609) liderdir.

Seçilən
32
sportinfo.az

1Mənbələr