AZ

Azərbaycanlı diaspor nümayəndəsi Krasnodarda həbs edildi

Rusiyanın Kuban şəhərindəki Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri, Tuapsedəki yükdaşıma terminalının və Krasnodardakı “Köhnə Bakı” restoranının sahibi Şahlar Novruzov həbs olunub.

 

“Kommersant” nəşrinin yazdığına görə, Novruzov 919 milyon rubl dəyərində daşınmaz əmlakı oğurlamağa cəhdlə bağlı cinayət işi üzrə təqsirləndirilir.

 

İstintaq hesab edir ki, cinayəti törətmək üçün cinayəti törədən şəxslər, o cümlədən Şahlar Novruzov Prikubanski Rayon Məhkəməsinə guya Azərbaycanda bağlanmış nikah şəhadətnaməsini təqdim ediblər.

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayəti törədən şəxslərin, sərvətləri mənimsəmək üçün məhkəməyə təqdim etdiyi sənəd saxta olub.

 

Materialda o da vurğulanıb ki, müdafiə tərəfi həbs-qətimkan tədbirinin yüngülləşdirilməsi barədə vəsatət qaldırıb.

Seçilən
25
28
senzor.az

10Mənbələr