ain.az, Milli.az portalına istinadən məlumat verir.
Sentyabrın 2-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "China National Chemical Engineering" (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə görüşüb.
Milli.Az xəbər verir ki, söhbət zamanı Azərbaycanla şirkət arasında neft-kimya sənayesi, neft emalı fəaliyyəti və neft-kimya məhsullarının istehsalı sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.
"China National Chemical Engineering" (CNCEC) şirkətinin sədri Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu qeyd etdi.
Sonda dövlətimizin başçısının və şirkətin sədrinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası "Seven LTD" arasında imzalanmış Çərçivə Sazişinin mübadiləsi oldu. Sənəd Azərbaycanda və üçüncü ölkələrdə birgə layihələrin icrasını nəzərdə tutur.
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.