Ceyhan terminalında xam neftlə bağlı məsələ artıq həll olunub.
“İki sahil” xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətindən məlumat verilib.
Bildirilib ki, hazırda terminalın bütün çənlərindəki xam neft qəbul olunmuş spesifikasiyaya uyğundur: "Xam neftin tankerlərə yüklənməsi əməliyyatları normal rejimdə həyata keçirilir".