Bakı. Trend:
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarıtərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışınaqarşı keçirilən əməliyyat zamanı 42 yaşlı A.Həsənov saxlanılıb.
Trendxəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, ondan 10 kiloqram tərkibi zərərli qatqılarlazənginləşdirilmiş marixuana aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri maddi gəlirqazanmaq niyyəti ilə şəxsiyyəti istintaqla araşdırılan İranvətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
A.Həsənovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin dəmüəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətindətədbirlər davam etdirilir.