AZ

Kiyev "Dinamo"sunun sabiq futbolçusu Azərbaycana gəldi

"Araz-Naxçıvan"ın sabiq müdafiəçisi Mohammed Kadirinin yeni mövsümə 1-ci Liqa təmsilçisi "Mingəçevir"də başlayacağı bəllidir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, qanalı oyunçu dünən Azərbaycana gəlib.

"İşıqçılar"ın yaxın günlərdə afrikalı futbolçu ilə müqavilə bağlayacağı gözlənilir.

Kadiri karyerasına vətənində "Aşanti Qold"da başlayıb. Onun Avropa karyerası yetərincə zəngindir. Dayaq yarımmüdafiəçisi mövqeyində də oynaya bilən Mohammed "Araz-Naxçıvan"la yanaşı, müxtəlif vaxtlarda "Austriya" (Vyana, Avstriya), "Arsenal" (Tula, Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Çernomorets" (Ukrayna) və "Honved"də (Macarıstan) top qovub. 29 yaşlı futbolçu son olaraq Hindistanın “Mohammedan” klubunun formasını geyinib.

Mirağa

Seçilən
1
2
fanat.az

3Mənbələr