Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Xankəndidə uzun illər separatçı rejimin qondarma "Xarici İşlər Nazirliyi"nin istifadə etdiyi inzibati binanın söküntüsünə başlanılıb.
Onun yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün müasir inzibati bina inşa olunacaq.
Milli.Az xəbər verir ki, Dövlət Komitəsi inşa olunacaq yeni binanın görüntülərini yayıb.
Bildirilib ki, binanın söküntüsü rəmzi olaraq 2 sentyabr tarixində - vaxtilə qondarma tarixə qovuşmuş və unudulan qondarma "respublika" elan olunduğu gündə başlayıb.
"Bu tarixin seçilməsi təsadüfi deyil - məqsəd torpaqlarımızda separatizmin izlərini tamamilə aradan qaldırmaq, Azərbaycanın ərazi bütövlüyü üzərində bərqərar olan yeni quruculuq və inkişaf mərhələsinin başladığını bir daha vurğulamaqdır", - deyə məlumatda qeyd edilib.
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.