AZ

"Xankəndi" FK türkiyəli mütəxəssislə müqavilə yenilədi

“Xankəndi” Futbol Klubu yeni mövsüm üçün məşqçi qərarını açıqlayıb.

Operativ Media xəbər verir ki, ötən mövsüm “Xankəndi”ni Region Liqasının çempionluğuna daşıyan türkiyəli mütəxəssis İbrahim Uzunca ilə əməkdaşlıq davam etdiriləcək.

Futbol ictimaiyyətində yaxşı tanınan 63 yaşlı, UEFA PRO kateqoriyasına sahib təcrübəli çalışdırıcı ilə bir illik müqavilə imzalanıb. İbrahim Uzunca TFF 1-ci Liqasında çalışmış və həm Türkiyə, həm də Azərbaycan futbolunda dərin iz qoymuş mütəxəssislərdəndir.

Uzuncanın karyerası ərzində Azərbaycanda “Lokomotiv Biləcəri”, “Bakı”, “Şahdağ Quba”, “Xan Lənkəran” və “Dinamo” Bakı klublarında baş məşqçi kimi fəaliyyəti olub. Türkiyədə isə “Adana Demirspor”, “Kayseri Erciyesspor”, “Pozantı Genclik”, “Kadirli Demir”, BÇ “Mimaroba” (“Küçükçekmece” SK) və “Osmaniyespor” klublarını çalışdırıb.

Seçilən
57
5
operativmedia.az

10Mənbələr