AZ

Vəkillər Kollegiyasında təcrübəçi tələbələrlə görüş keçirilib

2025-ci il sentyabr 2-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov VK Aparatında ilk dəfə təcrübə keçmiş ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbələri ilə görüşüb.  

“İki sahil” xəbər verir ki, kollegiyanın inzibati binasında təşkil olunan görüşdə VK sədri Anar Bağırov tələbələri salamlayaraq onların hüquq sahəsində bilik və bacarıqlarının artırılması baxımından bu təcrübənin əhəmiyyətini qeyd edib.

VK-nın gənclərə daim dəstək göstərdiyini söyləyən sədr tələbələrin peşə fəaliyyətinə erkən cəlb olunmalarının onların gələcək karyerası üçün mühüm təcrübə qazandırdığını və hüquq sahəsində peşəkar inkişafına təkan verdiyini bildirib.

Diqqətə çatdırılıb ki, Kollegiya ilə ölkənin bütün Hüquq fakültələri arasında imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində tələbələrin vəkil qurumlarında təcrübə keçmələri üçün geniş imkanlar yaradılıb. Bu il 65 nəfər Femida könüllüsü, 163 tələbə istehsalat təcrübəsində və 18 nəfər isə könüllü əsaslarla təcrübədə iştirak edib.

Görüş zamanı təcrübə keçən tələbələrin təəssüratları dinlənilib, onların gələcək fəaliyyətinə dair tövsiyələr verilib.

Seçilən
15
3
ikisahil.az

4Mənbələr