AZ

Jerar Depardye məhkəmə qarşısına çıxacaq


Fransalı aktyor Jerar Depardye aktrisa Şarlotta Arnuya qarşı seksual xarakterli zorakılıq ittihamı ilə məhkəmə qarşısına çıxacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Şarlotta Arnu aktyora qarşı ittihamları 2018-ci ildə 22 yaşındaykən irəli sürüb. O, atasının dostu olan Depardyenin avqust ayında Parisdəki evində ona iki dəfə təcavüz etdiyini iddia edib. O, polisə gedib, lakin istintaq məhkəməyə gətirib çıxartmadı. 2024-cü ildə Paris prokurorluğu Arnunun ifadəsinin məhkəmədə araşdırılmasını tələb edib.
76 yaşlı aktyor 2020-ci ilin dekabrından bu iş üzrə istintaqa cəlb olunub. O, ittihamları rədd edərək, Arnu ilə münasibətinin könüllü olduğunu deyir. Bununla belə, Paris prokuroru işdə ciddi və təsdiqlənmiş sübutların olduğunu bildirib.
Seçilən
96
1
yeniavaz.com

2Mənbələr