AZ

Britaniyada sığınacaq axtaranların hotellərdən anbarlara köçürülməsi planlaşdırılır

Bakı. Trend:

Böyük Britaniya hökuməti sığınacaq axtaranların yerləşdirilməsiüçün hotellərin əvəzinə sənaye və hərbi obyektlərdən, həmçininistifadəsiz qalmış binalardan yararlanmağı nəzərdən keçirir.

Trend xəbərverir ki, bu barədə daxili işlər naziri İvet Kuper açıqlamaverib.

Nazirin sözlərinə görə, sənaye əraziləri üçün nümunə olaraqhətta anbarlardan istifadənin mümkünlüyü müzakirə olunur. O əlavəedib ki, məqsəd miqrant hotellərinin sayını azaltmaq və onlarınistifadəsini mərhələli şəkildə dayandırmaqdır.

Hökumət, həmçinin qeyri-qanuni miqrasiyanı məhdudlaşdırmaq üçünmilli şəxsiyyət vəsiqələrinin tətbiqini də nəzərdən keçirir. Qeydedək ki, ötən həftə hökumət nümayəndəsi Pat Makfedden də hər birBritaniya vətəndaşı üçün rəqəmsal şəxsiyyət vəsiqəsinin tətbiqininqeyri-qanuni miqrasiyanın və sosial müavinət saxtakarlıqlarınınqarşısını almağa kömək edə biləcəyini bildirmişdi.

İvet Kuper əlavə edib ki, miqrant hotellərinin ləğvi üçünəvvəlcə 2029-cu il müəyyən edilsə də, bu prosesi daha tez başaçatdırmağın mümkünlüyünə inanır.

Seçilən
21
1
az.trend.az

3Mənbələr