AZ

Tramp Si Cinpindən xahiş etdi: Putin və Kim Çen Ina salamlarımı çatdır

BAKI, 3 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpini İkinci Dünya Müharibəsində Amerikanın köməyini unutmamağa çağırıb. Tramp ondan Pekində keçirilən hərbi paradda iştirak edən Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Ina salamlarını çatdırmağı xahiş edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri özünün "Truth Social"dakı paylaşımında qeyd edib.

"Sədr Si Cinpin və gözəl Çin xalqı gözəl və unudulmaz bayram keçirsin. Zəhmət olmasa Vladimir Putinə və Kim Çen Ina ən səmimi salamlarımı çatdırın. Bir çox amerikalı Çinin qələbəsi uğrunda mübarizəsində həlak olub. Ümid edirəm ki, onlar şərəf və cəsarətlə xatırlanacaqlar".

Seçilən
21
2
teleqraf.com

3Mənbələr