Unikal.az saytına istinadən ain.az xəbər verir.
Göygöldə evdən 86 yaşlı qadının meyiti aşkarlanıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.
1939-cu il təvəllüdlü Q.Abbasovanın meyiti yaşadığı ünvanda aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.