AZ

Kreml Trampın Putin, Cinpin və Kim Çen Inın ABŞ-a sui-qəsd planı hazırlamaq ittihamına münasibət bildirib

Kreml ABŞ prezidenti Donald Trampın Rusiya, Çin və KXDR-in Amerikaya qarşı “sui-qəsd”lə bağlı mesajını oxuyub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

O, Rusiya, Çin və KXDR liderlərinin Çindəki təntənəli tədbirlər zamanı sui-qəsd yaratmaq niyyətində olmadığını söyləyib.

"Ümid edirik ki, Trampın sosial şəbəkələrdə Rusiya, Çin və KXDR-in guya “sui-qəsd”i ilə bağlı mesajı istehza ilə yazılıb", deyə Uşakov vurğulayıb.

Qeyd edək ki, Tramp Rusiya, Çin və Şimali Koreyanı sui-qəsd hazırlamaqda ittiham edib. O, Pekin paradını şərh edərkən Si Cinpindən Putin və Kim Çen Ina salam göndərməyi xahiş edib.

"Amerika Birləşmiş Ştatlarına qarşı sui-qəsd hazırladığınız zaman Vladimir Putinə və Kim Çen Ina ən səmimi salamlarımı göndərin”,deyə Tramp Truth Social-da yazıb.

Seçilən
112
6
apa.az

7Mənbələr