Bakı. Trend:
Gürcüstan parlamentinin bu gün keçirilən iclasında Baş nazirİrakli Kobaxidzenin təqdimatı əsasında ölkənin DövlətTəhlükəsizliyi Xidmətinə (DTX) yeni sədr təyin edilib.
Trend xəbərverir ki, "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının icraçıkatibi, parlament çoxluğunun rəhbəri deputat Mamuka MdinaradzeDTX-nın sədri vəzifəsinə təsdiqlənib.
Parlamentin 85 deputatı onun təyinatının lehinə səs verib.
M.Mdinaradze DTX rəisi vəzifəsini altı il müddətinə tutacaq.
Qeyd edək ki, M.Mdinaradze 2016-cı ildən Gürcüstan parlamentinindeputatı olub. Xatırladaq ki, DTX-nın keçmiş rəisi Anri Oxanaşvilibu ilin aprelində bu vəzifəyə təsdiqlənsə də, avqustun 23-də istefaverib. O, Gürcüstan Baş nazirinin milli təhlükəsizlik məsələləriüzrə müşaviri postunu tutacaq.