AZ

UFC erməni döyüşçünü məğlub edən ingiltərəli ilə müqavilə imzaladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



MMA-nın yeni ulduzu Tommi MakMillen ötən gecə keçirilən döyüşdə erməni idmançı David Mqoyanı məğlub edib və UFC ilə rəsmi müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, məğlubiyyət üzü görməyən Mqoyan indiyədək uğurlu seriyasını davam etdirirdi və məşhur döyüşçü Arman Tsarukyanın əsas məşq yoldaşı kimi tanınırdı.
Lakin MakMillen ilk raundda rəqibinin gilyotin fəndindən xilas olaraq geri dönüş edib və döyüşü öz xeyrinə tamamlamağı bacardı.
Qələbə ilə çıxış edən MakMillen şəxsi rekordunu 9-0-a yüksəltdi. O, eyni zamanda, UFC çempionu Şon O'Mellinin əsas məşq yoldaşıdır.
Bu nəticə ilə gənc döyüşçü MMA aləmində diqqətləri üzərinə çəkərək UFC ilə müqavilə imzaladı.
Seçilən
78
50
oxu.az

10Mənbələr