AZ

Qazaxda ev yanğından mühafizə olunub

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 3 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qazax şəhəri, Ələddin Qədirov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının həyətyanı sahədə baş verdiyi və genişlənərək evə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış plastik su boruları yanıb, yüksək temperaturdan yaxınlıqdakı ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbli dördotaqlı evin 1 otağının 2 ədəd plastik pəncərə çərçivəsi qismən deformasiya edib.

Ev yanğından mühafizə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
16
azertag.az

10Mənbələr