AZ

Minlərlə manatlıq oğurluq 3 nəfər saxlanıldı

News24 portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

News24.az xəbər verir ki, vətəndaşa məxsus 4300 manat nağd pul və 5000 manat dəyərində dekorativ metal avadanlıqlar oğurlanıb. Zərərçəkmişlər hadisə ilə bağlı polisə müraciət ediblər.

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 31 yaşlı R.Məmmədov və 50 yaşlı V.Mustafayev saxlanılıblar.

Bundan əlavə, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt sakininin velosipedini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Şirinov da tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
1
news24.az

10Mənbələr