AZ

Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxslə bağlı qərar verildi

BAKI, 3 sentyabr. TELEQRAF

Azərbaycanda dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun barəsində qəbul olunmuş məhkəmə hökmündən verilən şikayətə baxılıb.

Teleqraf-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Səmədov 15 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqustun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb.

Ona AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Bəhruz Səmədov Ermənistan xüsusi xidmət orqanları əməkdaşlıq etməkdə ittiham olunur.

Seçilən
127
19
teleqraf.com

10Mənbələr