“22-ci Dəniz Ekspedisiya Briqadasının rəhbərlik altında keçirilən təlimdə “USS İvo Jima” amfibiya hücum gəmisi və müşayiətçi gəmilər iştirak edirlər. Bu, Karib dənizinə əhəmiyyətli bir qüvvənin - ən azı səkkiz döyüş gəmisi, təyyarə bölməsi və sualtı qayığın göndərilməsi ilə üst-üstə düşür”,- məlumatda deyilir.
Ekspertlərin fikrincə, ABŞ-nin hərbi fəallığının nümayişkaranə şəkildə artması Venesuela ətrafında artan gərginlikdən və Vaşinqtonun regionda qətiyyətli addımlar atmağa hazır olduğundan xəbər verir.
Venesuela prezidenti Nikolas Maduro, öz növbəsində, “Venezolana de Televisión” telekanalına müsahibsəində ABŞ-ni uydurma bəhanə ilə respublikaya qarşı hərbi təcavüzə cəhddə günahlandırıb.
“İmperializm heç kimin inanmadığı saxta bəhanə ilə Venesuela sahillərinə səkkiz döyüş gəmisi, bir nüvə sualtı qayığı göndərir və bizə 1200 raket hədəfləyir. Hətta amerikalı gənclər Marko Rubionun yalanlarına inanmırlar”,- Maduro deyib.
![]() |
Trampdan sərt zərbə| VİDEO |
Maduronun fikrincə, Vaşinqton Venesuelanın təbii sərvətlərinə - neft, qaz, qızıl və digər faydalı qazıntılara pulsuz yiyələnməyə çalışır:“Təcavüzün əsas məqsədi Latın Amerikasının ən böyük inkişaf layihəsinə, böyük xilaskar Simon Bolivarın layihəsinə və Venesuelanın göstərdiyi nümunəyə son qoymaqdır”.
Eyni zamanda, Maduro Birləşmiş Ştatların məqsədinə nail ola bilməyəcəyinə əminliyini ifadə edib. Suveren Venesuelada isəsülh, bərabərlik, demokratiya və azadlıq hökm sürəcək.
Xatırladaq ki, bundan əvəvl ABŞ prezidenti Donald Tramp “Tren de Araqua” narkotik kartelinin 11 üzvünün öldürüldüyünü açıqlayıb.
Vaşinqton həmçinin Nikolas Maduronu “Cártel de los Soles” narkotik karteli ilə əlaqədə olmaqda ittiham edir. Karakas isə bu strukturun ümumiyyətlə mövcudluğunu tamamilə inkar edir.
— Newsfeed (@Newsfeed883920) September 3, 2025
Sahil İsgəndərov
AzVision.az