AZ

Sosial şəbəkələrdə profillərə haker hücumlar edən şəxs ifşa edildi

Bakı. Trend:

“Tik-Tok”, “Instagram” və bu kimi sosial şəbəkələrdən istifadəedən qadınların səhifələrinə kiberhücumlar edərək şəxsiməlumatlarını ələ keçirən 22 yaşlı Rəşad Məmmədov saxlanılıb.

Trendxəbər verir ki, bu barədə DİN Kibercinayətkarlıqla Mübarizə Başİdarəsi məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla müəyyən olunub ki, R.Məmmədovzərərçəkənlərə məxsus video, eləcə də fotolara xüsusi proqramlarvasitəsi ilə qeyri-etik səs effektləri və məlumatlar əlavə edərəksosial şəbəkələrdə özünə məxsus səhifələrdə paylaşıb. Görüntüləripaylaşılan şəxslərlə əlaqə saxlayan R.Məmmədov onların adına saxtasəhifələr yaratdığını bildirib və hədə-qorxu gələrək rüsvayediciprofillərin silinməsi müqabilində müxtəlif məbləğlərdə pul tələbedib.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiqmaddələri ilə cinayət işi başlanılıb. R.Məmmədov təqsirləndirilənşəxs qismində istintaqa cəlb edilməklə barəsində istintaqmüddətində həbs qətimkan tədbiri seçilib.

Onun bu kimi qanunsuz hərəkətləri nəticəsində zərərçəkən digərşəxslərin də dairəsinin müəyyən olunması istiqamətində tədbirlərdavam etdirilir.

Qeyd edək ki, DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsitərəfindən sosial şəbəkə və digər onlayn platformalardavətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi iləəməliyyat-profilaktik tədbirlər davam etdirilir.

Məqalədə:
Seçilən
102
49
az.trend.az

10Mənbələr