AZ

ICPC dünya finalı çərçivəsində “R.M. 90” proqramlaşdırma müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin(ICPC) 49-cu dünya finalı çərçivəsində Azərbaycanın ilkproqramçısı, görkəmli pedaqoq, “Şöhrət” ordenli alim RaminMahmudzadənin 90 illik yubileyinə həsr olunmuş “R.M. 90”proqramlaşdırma müsabiqəsinin bağlanış mərasimi keçirilib.

Bu barədə Trend İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinəistinadən xəbər verir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetininrektoru Elçin Babayev müsabiqənin əhəmiyyətindən bəhs edərəkqalibləri təbrik edib.

Mərasim İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarəHeyətinin sədri Fərid Osmanovun çıxışı ilə davam edib. Çıxışnitqində o, ICPC yarışlarının ölkəmizə gətirilməsində RaminMahmudzadənin əvəzsiz rolunu vurğulayaraq qaliblərin də məhz ICPCdünya finalında təltif olunmasını ruhlandırıcı və gələcək uğurlaratəşviqedici bir addım olduğunu qeyd edib.

Daha sonra İRİA-nın İdarə Heyətinin sədr müavini Şahin Əliyev vəAzərbaycan Respublikası Mərkəzi Bankının departament direktoruƏfqan Abbasovun iştirakı ilə “ICPC-dən Rəqəmsal cəmiyyətə”mövzusunda panel müzakirələri ilə keçirilib. Panel sessiyası zamanıtexnologiya və rəqəmsal inkişaf, eləcə də Ramin müəllimin tədrisetdiyi dərslər zamanı yaddaqalan xatirələr müzakirə edilib.

Panel sessiyasından sonra qaliblərin mükafatlandırma mərasimibaş tutub. İlk yerin qalibləri Bakı Dövlət Universiteti, ADAUniversiteti, Bakı Ali Neft Məktəbi, 2-ci yer üzrə ADAUniversiteti, Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası və3-cü yer üzrə qaliblər Bakı Dövlət Universiteti, MarmaraUniversiteti, Fransa- Azərbaycan Universitetinin tələbələriolublar.

Qeyd edək ki, “R.M 90” proqramlaşdırma müsabiqəsi İnnovasiya vəRəqəmsal İnkişaf Agentliyi, Bakı Dövlət Universiteti, ICPCAzərbaycan icması və “Caspian Event Organisers” şirkətinin birgətəşkilatçılığı ilə 8 avqust tarixində Bakı Dövlət Universitetindəbaş tutmuşdu. Yarışda ali təhsil müəssisələrində təhsil alan vəproqramlaşdırmaya marağı olan 50-ə qədər tələbə iştirak edərək 4saat ərzində xüsusi proqramlaşdırma tapşırıqlarını həlletmişdilər.

ICPC
ICPC
ICPC
ICPC
ICPC
Seçilən
22
2
az.trend.az

3Mənbələr