AZ

Leysan yağacaq, dolu düşəcək… – XƏBƏRDARLIQ EDİLDİ

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında sentyabrın 4-6-da əsasən gündüz saatlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Seçilən
122
42
7times.az

10Mənbələr