AZ

Xaçmazda YANĞINLAR OLDU: Bələdiyyəyə məxsus ərazi, talvar...

Bu gün Xaçmaz rayonunda iki yerdə yanğın hadisəsi qeydə alınıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, rayonun Hülövlü kəndi ərazisində bələdiyyəyə məxsus ərazidə 5,0 ha kol-kos yanıb.

Rayonun Molla Bürhan kəndində isə sakin Şahin Şıxəliyevə məxsus talvar və orada heyvanların qış azuqəsi üçün saxlanılan 6 ton ot bağlamasından 4 tonu yanıb.

Hər iki yanğın yerinə FHN-nin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğındöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alovun genişlənməsinin qarşısı alınıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Seçilən
33
1
bizim.media

2Mənbələr