Bu gün Biləsuvarda baş verən qəzada yaralıları xəstəxanaya çatdırmaqla vətəndaşlıq nümunəsi göstərən sürücü sürət həddini aşdığı üçün cərimələnib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Biləsuvardan Bakıya sərnişin aparan 30 yaşlı Fərid Abdullalı qəza zamanı xəsarət alanlara laqeyd qala bilməyib.
MÖVZU İLƏ BAĞLI:
Biləsuvarda YOL QƏZASI: 1 nəfər həlak oldu, 3 nəfər xəsarət aldı - FOTO
O, ətrafdakıların köməyi ilə maşınına mindirdiyi yaralıları Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırıb:
"Qəzada xəsarət alan üç nəfəri maşınıma yerləşdirib xəstəxanaya apardım. Məcburən sürət həddini aşdım və Bəydili kəndi ərazisində radara düşdüm," – deyə Fərid Abdullalı bildirib.
Nəticədə, bu qayda pozuntusuna görə sürücünün adına 200 manat cərimə və 3 bal hesablanıb.
Sabutay, Bizim.Media, Cənub bürosu