Salyanda sərxoş sürücü mağazanın qarşısında dayanan iki nəfəri vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qaraçala kəndi ərazisində baş verib. "Mercedes" markalı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü mağazanın qarşısında dayanan Qaraçala kənd sakinləri, 1991-ci il təvəllüdlü İmanov Fərid Əvəz oğlunu və 1992-ci il təvəllüdlü Kazımzadə Anar Elxan oğlunu vurub.
Nəticədə hər iki piyada müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta