AZ

Husilər İsrail ərazisinə ballistik raket atdı

BAKI, 4 sentyabr. TELEQRAF

Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) İsrail ərazisinə növbəti dəfə ballistik raket atıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

Raketin İsrail ərazisindən kənarda açıq bir əraziyə düşdüyü bildirilir.

Xatırladaq ki, ötən gün husilər iki dəfə hipersəs ballistik raketi ilə İsrail ərazisinə zərbələr endiriblər.

Seçilən
140
teleqraf.com

1Mənbələr