AZ

ABŞ məhkəməsi Harvard qrantlarının dondurulması qərarını ləğv edib

Hakim: Antisemitizm iddiaları hökumətin ideoloji hücumuna bəhanə olub...

Poliqon xəbər verir ki, Massaçusets ştatı məhkəməsi ABŞ administrasiyasının Harvard Universitetinə ayrılmış 2,2 milyard dollardan çox qrantın dondurulması barədə qərarını qanunsuz elan edib.

Qrantların dondurulmasına səbəb kimi universitetin antisemitizm problemləri ilə mübarizədə uğursuzluğu göstərilmişdi. Lakin hakim Allison Berrouz məhkəmə qərarında hökumətin arqumentlərini əsassız sayıb. Onun fikrincə, ölkə rəhbərliyi antisemitizmi “ölkənin aparıcı universitetlərinə yönəlmiş məqsədli, ideoloji motivli hücuma bəhanə kimi” istifadə edib.

Hakim Berrouz həmçinin bildirib ki, antisemitizm məsələsi ilə universitetin apardığı elmi-tədqiqat layihələri arasında “aşkar bir əlaqə görmür”. O, qrantların dondurulmasının uzun illər davam edən mühüm araşdırmaları təhlükə altına qoyduğunu da vurğulayıb.

Eyni zamanda hakim etiraf edib ki, son illərdə Harvardda antisemitizm hallarına rast gəlinib və universitet rəhbərliyi “bu problemi həll etmək üçün daha yaxşı işləməli idi”.

Poliqon.info

Seçilən
124
poliqon.info

1Mənbələr