AZ

Rusiyadan Minsk Qrupunun ləğvinə REAKSİYA

Rusiya hakimiyyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun ləğvi ilə bağlı qərarını haqlı sayır.

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O xatırladıb ki, qrupun işini dayandırmaq təşəbbüsü Ermənistan və Azərbaycana məxsusdur.

Zaxarova qeyd edib ki, Rusiya ATƏT-in digər üzvləri ilə birlikdə konsensus əsasında bu qərarın qəbulunda iştirak edib.

"Biz bu addımı haqlı hesab edirik, regionda vəziyyətin köklü dəyişiklikləri nəzərə alınmaqla əsaslandırılıb", - o, brifinqdə deyib.

Seçilən
92
1
modern.az

10Mənbələr