Rusiya hakimiyyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun ləğvi ilə bağlı qərarını haqlı sayır.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O xatırladıb ki, qrupun işini dayandırmaq təşəbbüsü Ermənistan və Azərbaycana məxsusdur.
Zaxarova qeyd edib ki, Rusiya ATƏT-in digər üzvləri ilə birlikdə konsensus əsasında bu qərarın qəbulunda iştirak edib.
"Biz bu addımı haqlı hesab edirik, regionda vəziyyətin köklü dəyişiklikləri nəzərə alınmaqla əsaslandırılıb", - o, brifinqdə deyib.